top
Sumqayıtdakı qəsəbənin say-say bitməyən problemləri- Nəqliyyat, işıq, zibil…
28 noyabr 2025, 17:55
- ↺ +

Sumqayıtdakı qəsəbənin say-say bitməyən problemləri- Nəqliyyat, işıq, zibil…

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri uzun müddətdir ki, həll olunmayan kommunal və infrastruktur problemlərindən narazıdırlar. 

Xeberle.com-un məlumatına görə, nə ictimai nəqliyyat, nə elektrik təchizatı, nə də ekoloji və abadlıq məsələləri ilə bağlı lazımi tədbirlər görülür.

Qəsəbə sakinlərinin əsas şikayətlərindən biri 502 saylı avtobus xəttinin fəaliyyəti ilə bağlıdır. 

Onların iddiasına görə, avtobuslar ya gec gəlir, ya da ümumiyyətlə qrafikə uyğun hərəkət etmir.  

"Pik saatlarda sərnişin sıxlığı artır, insanlar işə və məktəbə gecikirlər. Avtobusların texniki vəziyyəti də qənaətbəxş hesab edilmir", - deyə şikayətçilər qeyd ediblər.

Sakinlər bildirirlər ki, məsələ dəfələrlə aidiyyəti qurumlara çatdırılsa da, təəssüf ki heç bir həll yolu tapılmayıb.

Qəsəbədə ən ciddi problemlərdən biri isə elektrik təminatının keyfiyyətidir. Sakinlərin sözlərinə görə, elektrik gərginliyi normalda 220–240 volt olmalı olduğu halda, 160–170 volt səviyyəsinə qədər düşür: 

"Məsələ iki ilə yaxındır davam edir və transformatorun yenisi ilə əvəzlənməsi hələ də həyata keçirilməyib. Aşağı gərginlik məişət texnikasının sıradan çıxmasına səbəb olur".

Sakinlər elektrik təchizatı ilə bağlı dəfələrlə müraciət etdiklərini, lakin vəziyyətin dəyişmədiyini bildirirlər.

Qəsəbədə tikinti işləri ilə bağlı da narazılıqlar var. Sakinlərin iddiasına görə, "Qayalı" marketin tikintisi zamanı ərazidə bir neçə ağac kəsilib. Onların sözlərinə görə, ağacların kəsilməsinə heç bir qurum tərəfindən reaksiya verilməyib. Ekoloji tarazlığın pozulduğu və yaşıllığın azalmasının qəsəbədə tozlanma və hava keyfiyyətinə mənfi təsir etdiyi deyilir.

Vətəndaşlar həmçinin dənizkənarı ərazilərin baxımsız vəziyyətdə olduğunu qeyd edirlər. Onların fikrincə, çimərlik və sahilyanı zonalarda yığılan zibillər vaxtında təmizlənmir. Ərazi həm ekoloji, həm də sanitar baxımdan narahatlıq yaradır: 

"Turizm və istirahət potensialı olan bölgə baxımsızlıq ucbatından yararsız vəziyyətə düşür.
Qəsəbənin bu qədər problemi var, amma maraqlanan yoxdur". 

Hacı Zeynalabdin Tağıyev qəsəbəsinin sakinləri aidiyyəti qurumların məsələyə müdaxilə etməsini, nəqliyyat, elektrik və abadlıq sahəsində ciddi tədbirlər görülməsini istəyirlər.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər