Bu gün Sumqayıtda 38.500 abonentin təbii qaz təchizatı dayandırılacaq. Sumqayıt24 bu haqda 15 noyabr tarixində Qaz İstismar Sahəsinə istinadən xəbər verir.
Fasilə Metallurq bağları, Yaşıl dərə yaşayış massivi, 49, 50 və 51-ci məhəllələr, Qurd dərəsi, Corat bağları, Saray bağları, Novruz qəsəbəsi, Təzə Corat, Köhnə Corat, 12, 13, 17 və 18-ci mikrorayonlar və Novxanı yaşayış massivini əhatə edəcək.
Məhdudiyyət baş vermiş qəzanın aradan qaldırılması səbəbindən saat 14:30-dan işlər yekunlaşana qədər davam edəcək.