Sumqayıtın daha bir neçə ərazisində piyadalar hərəkət etməkdə çətinlik çəkir. Sumqayıt24-ə bu haqda izləyicilər məlumat verib.
Problemlərdən biri Babək küçəsinin 10-cu mikrorayona düşən hissəsində yaranıb. Burada aparılan tikinti işləri ilə bağlı səkilərin bir hissəsi hasarlanıb. Bu isə öz növbəsində sakinlərin hərəkət etməsinə çətinlik yaradır və onlar avtomobil yoluna çıxmaq məcburiyyətində qalırlar.
[modula id="14814"]
Bənzər məsələ ilə bağlı 19-cu məhəllə sakinləri də müraciət edib. Onların yaşadıqları ərazidə olan hasarlar uzun müddətdir ki sökülmür.
“Küləkli havada buradan keçmək çox riskli olur. Fotolardakı yerdə çoxlu gediş-gəliş var - insanlar, avtomobillər buradan keçir. Həyətdə uşaqlı ailələr çoxdur, onlara görə çox narahat qalırıq”.
[modula id="14816"]