Sumqayıtın 41-ci məhəlləsi işıqlandırılmır. Bu barədə 25 yanvar tarixində Sumqayıt24 xəbər verir.
Sakinlərin dediyinə görə, problem illərdir ki, onları narahat edir. Dirəklərdəki işıqlar bir gün qoşulursa, sonra uzun müddət sönülü qalır. Yolun qaranlığa qərq olması səbəbindən sürücü və piyadalar da təhlükə ilə üzləşirlər. [modula id="30769"]