G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Saat 17:20 yenilənib
Qaynarinfo.az məlumatına əsasən Sumqayıt Sukanal İdarəsinin əməkdaşları əraziyə gələrək quyuların bir neçəsini açıb və təmizləyiblər.
"Yuma maşını gətirmişdik. Bir neçə quyunu yüksək təzyiqli su ilə yuduqdan sonra xətlər açıldı. Amma problem tam həll olunmayıb. Problemin kökü budur ki, kanalizasiya xətlərinin üzərində evlər tikilib. Məsələ diqqətimizdədir və tezliklə tam həllini tapacaq”,-Sumqayıt Su-kanal İdarəsinin baş mühəndisi Mahir İmanov qeyd edib.
Saat 14:38
Kimyaçılar qəsəbəsində 2 saylı yataqxananın qarşısındakı kanalizasiya tutulub. Bu barədə Qaynarinfo.az məlumat yayıb.
Yataqxana sakininin sözlərinə görə, bir aydan çoxdur ki, çirkab sular çölə axıb gölməçə yaradır. Kanalizasiyanın tutulması nəticəsində yaranmış qoxudan və antisanitariyadan həyətə çıxmaq mümkünsüz olub.
Daha öncə, iyun ayında Sumqayıt bulvarında dənizdən gələn kanalizasiya qoxusu sakinlərin və gələn qonaqların narahatcılığına səbəb olmuşdur.