Sumqayıt şəhərinin bir çox yerində gecə saatlarında işıq dirəkləri söndürülür. Bu haqda bu gün, 14 aprel tarixində APA-ya istinadən xəbər veririk.
Məlumata əsasən, küçə işıqları Məhəmməd Əsədov və İsmət Qayıbov küçələrində, eləcə də Koroğlu prospektinin bəzi hissələrində yandırılmır. Sakinlərin sözlərinə görə, bəzi hallarda yol-nəqliyyat hadisələrinin səbəbi məhz dirəklərin işləməməsi olur.
“Küçə işıqları” Təsərrüfat Hesablı Xidmət Sahəsinin baş mühəndisi Eyvaz Eyvazov bildirib ki, bu bütün dünyada qəbul olunmuş bir tendensiyadır. Gecə saat 12-dən sonra işıqlandırma 70 faiz aşağı olur, və iki dirəkdən biri sönür. Mühəndisin sözlərinə görə, vətəndaşların narahatlığına əsas yoxdur.