top
Sumqayıtın unudulmuş ucqar qəsəbəsi - Qurd dərəsi yaşayış massivi
03 dekabr 2025, 09:40
- ↺ +

Sumqayıtın unudulmuş ucqar qəsəbəsi - "Qurd dərəsi" yaşayış massivi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt şəhərindən cəmi 2-3 kilometr aralıda yerləşən "Qurd dərəsi" adlanan yaşayış massivi illərdir diqqətdən kənarda qalıb.

Oxu.Az-ın məlumatına görə, massiv şəhərin 18-ci mikrorayonundan bir neçə kilometrlikdə yerləşsə də, buranın şəraiti unudulmuş ucqar bir qəsəbəni xatırladır.

"Normalda şəhərdən ərazinin ən uzaq hissəsinə avtobusla 10 dəqiqəyə çatmaq mümkün olduğu halda, biz köhnə, narahat "PAZ" və bu tipli digər avtobuslarla bu yolu 45-50 dəqiqəyə, bəzən isə bir saata qət etməyə məcburuq. Səbəb yolların son dərəcə yararsız olmasıdır. Massivdə asfaltlanma çox az hissədə aparılıb. Bir çox yerlərdə yollar sakinlərin öz hesabına daş, çınqıl və s. tökülərək müvəqqəti şəkildə düzəldilir. Yağışlı və qarlı günlərdə isə küçələr gölməçə və palçıqdan keçilməz olur. Bərbad yollar səbəbindən taksi şirkətləri də buraya sifariş qəbul etmək istəmirlər", - deyə şikayətçilərdən biri bildirib.  

Şikayətdə yer alan məsələlərdən biri də sahibsiz küçə itlərinin sayının artmasıdır:

"Sürü halında gəzən itlər xüsusən axşam saatlarında aqressivləşərək insanlara hücum edir. Bu isə həm böyüklər, həm də uşaqlar üçün ciddi təhlükə yaradır. 7-ci, 8-ci və 9-cu dayanacaq əraziləri daha təhlükəlidir. Uşaqlar məktəbə gedib-gələrkən qorxu keçirir, gecə küçəyə çıxmaq isə demək olar ki, mümkün deyil. Küçələrin işıqlandırılmaması vəziyyəti daha da ağırlaşdırır. Bir sıra yerlərdə işıqlandırma yalnız sakinlərin öz vəsaiti hesabına təmin olunub".

Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, "Qurd dərəsi" adlanan ərazisi inzibati baxımdan bağlar zonası olmaqla yanaşı, Sumqayıt Bələdiyyəsinin xidməti ərazisinə daxildir:

"Sözügedən ərazi ilə bağlı daxil olan müraciətlər və sakinlərin qaldırdıqları məsələlər Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən diqqətlə araşdırılıb, mövcud problemlərin aradan qaldırılması məqsədilə mərhələli tədbirlər planı hazırlanaraq icrasına başlanılıb.

Ərazidə yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində mərhələli şəkildə asfaltlanma işləri həyata keçirilir. Son illərdə 17, 18 və 27 nömrəli marşrut xətlərinin hərəkət etdiyi yollar üzrə təmirə ehtiyac olan hissələrdə asfaltlanma işləri aparılıb. Mərkəzləşdirilmiş kanalizasiya sisteminin qurulması isə dövlət proqramı çərçivəsində nəzərdə tutulub və müvafiq mərhələlər üzrə icra olunacaq.

Sahibsiz itlərlə bağlı təhlükəsizlik və sağlamlıq tələblərinə uyğun olaraq, onların toplanması, peyvəndlənməsi, xüsusi ayrılmış sahələrə yerləşdirilməsi istiqamətində işlər davam etdirilir. Küçələrin işıqlandırılması ilə bağlı son illər ərazidə bir sıra tədbirlər görülüb, bu istiqamətdə işlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır.

Sumqayıt Şəhər İcra Hakimiyyəti olaraq qeyd olunan bağlar massivində sosial infrastrukturun daha da yaxşılaşdırılması üçün aidiyyəti qurumlarla birgə fəaliyyətimiz davam etdiriləcək".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:05

Ermənistanın Bərdənin Qarayusifli kəndində törətdiyi terrordan 6 il ötür

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 31-ci günü - XRONİKA

İdman
Dünən, 18:00

Sumqayıtın veteran cüdoçusu qələbə sevincini bölüşdü

Bütün xəbərlər
Dünən, 17:40

"Stansiya Sumqayıt"da su xəttindəki qəza ilə bağlı AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda yeni açılan marketdə həm qiymət, həm də xidmətdən narazılıq - İDDİA

İdman
Dünən, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Dünən, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Dünən, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Dünən, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Dünən, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Dünən, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Dünən, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Dünən, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Dünən, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Dünən, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Dünən, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Dünən, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
25 oktyabr 2026, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
25 oktyabr 2026, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Oxşar xəbərlər