Sumqayıtda illərdir ki sürücüləri narahat edən yol təmir edilib. Sumqayıt24 bu problemi işıqlandırmışdır.
Belə ki, Niyazi küçəsinin 16-cı mikrorayondan keçən hissəsində yolda böyük çökəklik var idi. Onlarla avtomobilin təkəri bu çalaya düşür, bu səbəbdən də sürücülərə maddi ziyan dəyirdi.
Bir neçə gün öncə bu problem çözülüb, çökəkliyin üstü asfaltda yamaqlanıb.