Sumqayıt şəhərinin 9-cu mikrorayonunda asfalt örtüyü dağıdılıb. Bu haqda bu gün, 23 fevral tarixində oxucular Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, 26-ci və 27-ci evin önündə aparılan təmir işlərindən sonra yol örtüyü yenilənməyib. Sakinlərin sözlərinə görə, 3 ay öncə bu yolda su xətti təmir olunub.
“Neçə vaxt keçib, lakin yol gördüyünüz vəziyyətdədir. Məhəllədə maşınla hərəkət etmək çox çətindir”, - deyə sakin bildirib. [modula id="10311"]