Tağıyev qəsəbəsinin bir çox yerində piyada zolaqları yenilənməlidir. Bu haqda bu gün, 16 fevral tarixində Sumqayıt24-ə məlumat daxil olub.
Məlumata əsasən, qəsəbənin Xətai, Səttar Bəhlulzadə və Səməd Vurğun küçələrində zolağın rəngi solub. Bu kimi hal qəsəbənin digər küçələrində də müşahidə olunur.
“Piyada nişanı olsa da, sürücülər çox vaxtı piyadalara yol vermir. Zolağın pis görsənməsi piyadaları təhlükəyə atır” , - deyə oxucu bildirib. [modula id="9899"]