Səməd Vurğun küçəsində qəzalı vəziyyətdə olan işıq dirəkləri mövcuddur. Bu haqda bu gün, 15 iyul tarixində Sumqayıt24 xəbər verir.
Problem “Socar” zavodunun yaxınlığında müşahidə edilir. Sakinlərin sözlərinə görə, dirəklər bir ildən çoxdur ki təhlükə saçır. İşıq dirəyinin biri təməlindən sınıb, digərinin isə dəmir konstruksiyaları əyilib. Bu hal sakinləri narahat edir.
“Dirəyin biri boruya söykənib, o birisi isə yol nişanına. Nə vaxta qədər onlar bu yükə dözəcək, heç kim bilmir”, - deyə oxucular bildirib. [modula id="18490"]