top
Tanınmış sumqayıtlı aktrisa avtobus sürücüsündən ŞİKAYƏT EDƏCƏK
25 noyabr 2025, 12:29
- +

Tanınmış sumqayıtlı aktrisa avtobus sürücüsündən ŞİKAYƏT EDƏCƏK

Tanınmış sumqayıtlı aktrisa Zülfiyyə Qurbanova Sumqayıtdan Bakıya sərnişin daşıyan mikroavtobus sürücüsündən narazıdır.

Sumqayit24.az xəbər verir ki, o bu barədə sosial media hesabında paylaşım edib:

"Mən Sumqayıt şəhərində yaşayıram, artıq 22 ildən çoxdur hər gün Sumqayıt-Bakı yolunu gedib-gəlirəm.

Hər gün evin yaxınlığındakı dayanacaqdan mikroavtobuslara minib işə gedirəm. Bu gün də o günlərdən biri idi.

Mikroavtobusun (sprinter) biri gəldi və düz yanımda saxladı, mindim. Avtobusun üstündə "20 Yanvar" yazılmışdı. Bu, o deməkdir ki, "20 Yanvar"a sərnişin daşıyır. Yol getdikcə gördüm ki, sürücü musiqiyə ən yuxarı həddə qədər səs verib. Avtobusda oturan qızlar və oğlanlar ona qoşulub mədəniyyətsizcəsinə oxuyurlar, oxumurlar, böyürürlər.

Sənin şəxsi sərhədlərin mənim rahatlığımı pozduğu yerdə bitir. Qulağımda qulaqcıq Bakıya çatana qədər dözməyə çalışdım, amma dözüləsi deyildi. Onu da əlavə edim ki, maşında oturan sərnişinlər Sumqayıt şəhərində və Saray qəsəbəsində yaşayan tələbələr idi. Dözmədim, iradımı bildirdim. Elədiyinin düzgün olmadığını, bizi düşürəndən sonra nə istəyirlərsə, onu etsinlər deyə etiraz etdim. Qeyd edim ki, sürücü yanındakı qızlarla danışır, söhbətə başı qarışaraq, dəfələrlə maşını təhlükəli sürürdü. Ona irad bildirəndə sürücü "maşın mənimdir, nə istəyirəm edirəm. Siz mənim maşınıma minmisiz", dedi. Mən ona sizin şəxsi maşınınız o zaman olur ki, onu ictimai nəqliyyat kimi istifadə etmirsiniz deyə cavab verdim. O, mənə "mən maşında tələbələri daşıyıram, siz özünüz mindiniz dedi. Halbuki yalan deyir. Dayanacaqda saxlayıb adam yığdı. O yığılan adamlardan biri də mən idim.

Əgər yalnız tələbələrdən ibarət sərnişin yığırdısa, maşının üzərinə servis və ya sifariş yazmalı idi.  Ya da ki, "20 Yanvar" sözünü götürməli idi. Mənə dedi ki, "hara istəyirsənsə, şikayət elə, əcəb edirəm, kefim bilər. İstəsəm sizi mənə irad bildirəndə maşından düşürərəm".

Tələbə adını daşıyanlar hər gün gedib gəldikləri sürücülərini mədəniyyətsizcəsinə müdafiə etdilər.

Bu məsələ ilə bağlı Nəqliyyat Agentliyinə və "102"yə şikayət edəcəm.

Maşını hansı səviyyədə sürdüyü ilə bağlı məndə video görüntü var. Görüntüyə sürücünün əlaqə nömrəsi də düşüb. Artıq sürücünü mədəniyyətdən kənar həmin tələbələr gəlib müdafiə edərlər".

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 18:00

Sumqayıt pensiyalar sabah ödəniləcək

Bütün xəbərlər
Dünən, 17:30

Sumqayıtda tibb müəssisələrində İŞDƏN ÇIXARILMA DALĞASI

İdman
Dünən, 17:10

"Sumqayıt" daha bir legionerlə gücləndi

Bütün xəbərlər
Dünən, 16:55

Sumqayıt İcra Hakimiyyətinin yaxınlığında biabırçı mənzərə

Bütün xəbərlər
Dünən, 16:20

Bakı-Xırdalan-Sumqayıt qatarı sentyabrın 15-nə qədər fəaliyyətini bərpa etməyəcək - SƏBƏB

Bütün xəbərlər
Dünən, 16:13

DİM 2027-ci il buraxılış imtahanlarının proqramlarını açıqladı

İdman
Dünən, 16:00

Adil Şükürov: "Sumqayıt" şimal zonasındakı uşaqların futbol məbədi olacaq"

Bütün xəbərlər
Dünən, 15:30

Sabah Sumqayıtda hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 15:00

Qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edildi

İdman
Dünən, 14:30

Avropanı 24 saniyəyə fəth edən sumqayıtlı cüdoçu: "Tez qalib gələcəyimi hiss edirdim"

Bütün xəbərlər
Dünən, 14:00

Sarayda havaya tüstü yayan zavodla bağlı tədbir görüldü

Bütün xəbərlər
Dünən, 13:30

Yoldan keçənə kəllə vurdu, Sumqayıt məhkməsi azadlığa buraxdı

Bütün xəbərlər
Dünən, 13:02

Odessa yaxınlığında gəmiyə dron hücumu: İki Azərbaycan vətəndaşı həlak oldu

İdman
Dünən, 12:50

"Sumqayıt"dan azarkeşlərə jest - GİRİŞ PULSUZ OLACAQ

Bütün xəbərlər
Dünən, 12:20

SDU Kembric Universitetinin eksperti ilə bir araya gəldi

Bütün xəbərlər
Dünən, 11:50

Sumqayıt məktəbləri yeni dərs ilinə hazırlaşır

Bütün xəbərlər
Dünən, 11:20

Sumqayıtı tüstüyə bürüyən zavodla bağlı ARAŞDIRMA: Normadan artıq zərərli qaz aşkarlanıb

Bütün xəbərlər
Dünən, 10:52

Xəzərdə zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 10:45

"Cəbrayıl yuxularımız çin oldu" – Sumqayıtdan köçən şəxs

Bütün xəbərlər
Dünən, 10:15

Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi bu gün başa çatır

İdman
Dünən, 09:45

"Sabah" bu axşam "Mançester Yunayted"in qonağı olacaq

Bütün xəbərlər
Dünən, 09:15

Sakinlərə şad xəbər - Saray küçələrinə "zebralar" çəkiləcək

İdman
09 sentyabr 2026, 19:00

"Sumqayıt" "Şamaxı" ilə oyuna itki ilə çıxacaq? - AÇIQLAMA

Bütün xəbərlər
09 sentyabr 2026, 18:00

Sumqayıtda 48 məktəblə bağlı YENİLİK – "Rəqəmsal məktəb"ə qoşulmaları nəzərdə tutulur

Oxşar xəbərlər