top
TikTokda bacısına yazan dostunu BIÇAQLADI
29 dekabr 2025, 14:11
- ↺ +

"TikTok"da bacısına yazan dostunu BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sumqayıt Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Tamerlan Quliyevin (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın məlumatına görə, hakim Rəşadət Ağayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Bildirilib ki, təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayəti verərək Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 21 noyabr 2025-ci il tarixli hökmünün cəza təyini hissəsində dəyişdirilərək daha yüngül cəza təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş edib.

Apellyasiya məhkəməsinin iclasında Tamerlan Quliyevin müdafiəçisi apellyasiya şikayətindən imtina etməsi ilə əlaqədar məhkəməyə ərizəni ünvanladığı bildirərək apellyasiya şikayətinə baxılmasına xitam verilməsi barədə qərar qəbul edilməsini istəyib.

 Qərara əsasən, apellyasiya şikayətindən imtinası qəbul edilib və apellyasiya şikayətinin baxılmasına xitam verilib.

 İttihama görə, 2008-ci il təvəllüdlü Tamerlan Quliyev 07 fevral 2025-ci il tarixdə, saat 22:00 radələrində tanışı, zərərçəkmiş Qulam Əlizadənin (adı, soyadı şərtidir) yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısındakı küçədə şəxsi münasibətlər zəminində mübahisə edib. Mübahisə zərərçəkmiş şəxsin "TikTok" sosial şəbəkəsində təqsirləndirilən şəxsin bacısı ilə ünsiyyətdə olmasına görə yaranıb.

İstintaqla müəyyən edilib ki, Tamerlan mübahisə zamanı üzərində olan məişət təyinatlı, soyuq silah hesab edilməyən bıçaqla Qulamın döş qəfəsi nahiyəsinə dörd dəfə ardıcıl zərbə endirib. Nəticədə zərərçəkmişin sağlamlığına ağır zərər yetirilib. Bundan əlavə, döş qəfəsinin sol arxa səthində iki ədəd döş boşluğuna nüfuz etməyən deşilmiş-kəsilmiş yara müəyyən olunmuş, həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli zərər hesab edilib.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tamerlan Quliyev 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və ona təyin olunmuş cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən olunub.

Son xəbərlər

İdman
Bu gün, 17:00

"Sumqayıt"ın sabiq baş məşqçisi "Partizan"dan istefaya göndərildi

Bütün xəbərlər
Bu gün, 16:31

Sumqayıtda qoyunları daşıyan yük maşını aşdı

Bütün xəbərlər
Bu gün, 16:09

Sarayın bu küçəsində işıqlandırılma problemi həll edildi

Bütün xəbərlər
Bu gün, 15:18

Sumqayıtda maşın qəfil yandı

Bütün xəbərlər
Bu gün, 14:40

Sumqayıtda ürəkbulandıran mənzərə - şəhərin "sağalmaz yarası"

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıtda yaşayan şəhid anasının 21 illik mənzil gözləntisi

Bütün xəbərlər
Bu gün, 13:10

Sumqayıtda sabah hava yağmursuz ola bilər

Bütün xəbərlər
Bu gün, 12:22

Sumqayıtdan Bakıya gələn sürücülərə şad xəbər

Bütün xəbərlər
Bu gün, 11:41

Sumqayıtda su kanalı daşdı - sakinlər çətin vəziyyətdə

Bütün xəbərlər
Bu gün, 11:14

Sumqayıtda bu gün hava necə keçəcək?

Bütün xəbərlər
Bu gün, 10:53

Sumqayıtda ağaclar kəsilərək yerində köşk quraşdırıldı – AÇIQLAMA

Bütün xəbərlər
Bu gün, 10:06

Sumqayıtda qəza - 5 maşın toqquşdu

Bütün xəbərlər
Bu gün, 09:15

"Stansiya Sumqayıt"da evləri su basdı - sakinlər danışdı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 30-cu günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 00:05

Bu gün Qubadlı Şəhəri Günüdür

Bütün xəbərlər
Dünən, 00:01

44 günlük Vətən müharibəsinin 29-cu günü - XRONİKA

Bütün xəbərlər
24 oktyabr 2026, 18:30

Sumqayıtda Bakıdan da müştəriləri olan "Ucuz" market bağlandı

Bütün xəbərlər
24 oktyabr 2026, 18:00

Sumqayıtda bazar günü leysan gözlənilir

Bütün xəbərlər
24 oktyabr 2026, 17:27

"Stansiya Sumqayıt"da kommunal qəza - ərazi keçilməz oldu

İdman
24 oktyabr 2026, 16:46

Sumqayıtın veteran cüdoçusu Avropa çempionatında fəxri kürsüdə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:46

Sumqayıtda maşın piyadaları vurdu - sonra yandı

Bütün xəbərlər
24 oktyabr 2026, 15:29

Əməkdar artist Dilarə Əliyevaya yeni vəzifə

Bütün xəbərlər
24 oktyabr 2026, 15:00

Sumqayıtda məşhur restoran 646 min manata satışa çıxarıldı

Bütün xəbərlər
24 oktyabr 2026, 14:31

Sumqayıtda yarımçıq işlərlə bağlı sakinlərdən etiraz

Oxşar xəbərlər