Azərbaycan prospektində uşaq bağçasının yanında tullantılar yığılır. Bu haqda bu gün, 1 fevral tarixində oxucular Sumqayıt24-ə müraciət ediblər.
Məlumata əsasən, 4 nömrəli körpələr evi-uşaq bağçası 18-ci məhəllədə yerləşir. Sakinlərin sözlərinə görə, hər səhər ərazidə yığılan tullantılar və kol-kos bağçanın ətrafına toplanılır.
“Bu hal 3-4 ay davam edir. Neçə vaxtdır ki, zibil ancaq yığılır, gəlib aparan yoxdur”, - deyə sakin bildirib. [modula id="9067"]