Sumqayıtda sakinləri narahat edən piyada keçidi problemi həll edilib. Sumqayıt24-ə bu haqda bu gün, 23 aprel tarixində oxucular məlumat verib.
Xəbər verdiyimiz kimi, Üzeyir Hacıbəyov və Çerkassı küçələrinin kəsişməsində olan “zebra”nın axırında ağaclar və dekorativ güllər əkilmişdir. Bu səbəbdən yolu keçən piyadalar yenidən yolun hərəkət hissəsinə çıxmalı olurdular.
Nəticədə, sakinlərin narazılığı öz bəhrəsini verib və onların rahat hərəkət etmələri üçün şərait yaradılıb.