Sumqayıt şəhərinin "Xəzər bağları"na xilasetmə qrupuna aid avtomobillər daxil ola bilmir. Bu problem ilə sakinlər Sumqayıt24-ə müraciət ediblər.
“Gördüyünüz bu su borusu yerdən elə hündürlükdə quraşdırılıb ki, nə təcili tibbi yardım gələ bilir, nə də ki yanğınsöndürənlər”, - deyə Mikayıl Müşfiq küçəsinin sakini bildirib.
Sözügedən boru yerdən təxminən 2 metr hündürlükdədir. Bu səbəbdən, sakinlərin köməyinə gələn xilasedicilərin maşınları əraziyə daxil ola bilmir.