"Xəzər bağları"nda abadlıq işləri aparılacaq. Bu barədə 28 noyabr tarixində Sumqayıt24 xəbər verir.
Yaşayış massivinin Həmrəylik küçəsində yollar bərbad vəziyyətdədir. Yayda toz-duman, qışda isə palçıq üzündən buralar keçilməz olur. Sakinlərin sözlərinə görə, bu küçəyə nə taksi, nə də təcili tibbi yardım maşını gəlir.
Sumqayıt Bələdiyyə sədrinin müavini Orxan Adıgözəlzadə “Xəzər Xəbər”ə açıqlamasında bildirib ki, gələn həftə sözügedən küçədə yolların təmirinə start veriləcək.