Sumqayıtın problemli yollarından biri işıqlandırılıb. Sumqayıt24 bu barədə 12 noyabr tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
“Xəzər bağları”nın bulvar tərəfə düşən hissəsində illərdir işıq problemi mövcud idi. Burada axşam saatlarında göz gözü görmürdü. Nəticədə piyada və sürücülər üçün daim qəza təhlükəsi yaranırdı.
Bir neçə gün öncə isə dirəklər təmir edilib və sözügedən məsələ həllini tapıb.