Sumqayıt Sukanal İdarəsi şəhər ərazisində təmizlik tədbirləri görür. Bu barədə 10 noyabr tarixində Sumqayıt24 xəbər verir.
İşlər Azərbaycan prospektinin 19-cu məhəlləyə düşən hissəsində aparılır. İdarənin əməkdaşları tərəfindən yağış suları üçün nəzərdə tutulmuş quyunun dəmir barmaqlıqları çıxarılıb və içərisi bərk tullantılardan təmizlənib.