Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinə içməli suyun verilməsi dayandırılıb. Bu haqda bu gün, 19 fevral tarixində Xeberle.com-un Facebook hesabına istinadən xəbər veririk.
Məlumata görə, suyun verilməsi dünən, 18 fevral tarixindən etibarən dayandırılıb. Sukanal İdarəsindən verilən açıqlamaya görə, buna səbəb su xəttində baş vermiş qəzadır.