“Yaşma bağları” massivində yol problemi ilə bağlı açıqlama verilib. Sumqayıt24 bu haqda RealTV-yə istinadən xəbər verir.
Sakinlərin sözlərinə görə, Bakı-Quba yolunu keçib, həmin massivə girmək qeyri mümkündür. Səbəb isə, insanların rahat hərəkət etməsi üçün piyada keçidinin olmamasıdır. Bundan əlavə isə ərazi çəpərlənib. Qeyd edək ki, bu yolu keçdikdə qəza səbəbindən bir neçə sakin dünyasını dəyişib.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bu barədə açıqlamasında bildirib ki, yolda tikinti işləri aparılır. Çəpər isə sözügedən yol sürətli magistral avtomobil yolu olduğu üçün qoyulub. Bu tədbirlər sakinləri qorumaq üçün görülüb. O qeyd edib ki, əhalinin magistrala rahat çıxışını təmin etmək məqsədilə, magistral yola paralel olaraq 1 kilometr uzunluğunda və 6 metr enində köməkçi yol inşa edilib.