Sumqayıtda keçmiş yataqxana binasının zirzəmisi antisanitariya vəziyyətindədir. Bu barədə 28 iyul tarixində Sumqayıt24-ə izləyicilərdən məlumat daxil olub.
Keçmişdə mehmanxana kimi fəaliyyət göstərən bu bina Səməd Vurğun küçəsində, 2-ci məhəllədə yerləşir. Zirzəmiyə su və məişət tullantıları yığıldığından bura ağcaqanad, birə və siçovullar dolub. Ətrafı üfünət iyi bürüyüb.
“İydən bu ərazidən keçmək mümkün olmur. Dənizkənarı bulvarda istirahət etmək istəyəndə məcbur olub binanı yan keçirik “, - deyə məhəllə sakinləri bildiriblər.