Sumqayıtda bayram yarmarkası olacaq. Sumqayıt24 bu haqda 16 mart tarixində DünyaTV-yə istinadən xəbər verir.
Hər həftənin şənbə və bazar günləri fəaliyyət göstərən yarmarka Novruz bayramı ilə əlaqədar 5 gün, yəni 17-21 mart tarixlərində sakinlərə xidmət edəcək. Burada adi günlərlə müqayisədə daha çox çeşiddə məhsul satılacaq.
Qeyd edək ki, yarmarka 53-cü məhəllədə yerləşir.