Bakı Musiqi Akademiyası şəhərimizdə konsert təşkil edəcək. Sumqayıt24 bu haqda 24 may tarixində xəbər verir.
Təhsil ocağının orta ixtisas musiqi məktəb-studiyası şagirdlərinin konserti Sumqayıt şəhər Q. Qarayev adına 1 nömrəli Uşaq Musiqi Məktəbində keçiriləcək. Tədbir 30 may saat 14:00-da başlayacaq.
Qeyd edək ki, konsert ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilir.