Sumqayıtda “Gələcəyin fərqində” layihəsi çərçivəsində təlim təşkil olunacaq. Sumqayıt24 bu haqda 14 mart tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyinə (GİKM) istinadən xəbər verir.
Təlimçi defektoloq-loqoped Nərmin Daşdəmirbəyli tərəfindən keçirilən seminar martın 15-i saat 15:00-da baş tutacaq. İştirak etmək istəyən şəxslər link vasitəsilə qeydiyyatdan keçə bilərlər. Təlim Heydər Əliyev Mərkəzinin 4-cü mərtəbəsində keçiriləcək.