Sumqayıtda uşaqlar üçün “Şokolad master-klası” təşkil olunacaq. Bu haqda 28 avqust tarixində Sumqayıt24 məlumat verir.
“Günəşim” kukla teatrında təşkil olunacaq ustad dərsində 3 yaşından yuxarı uşaqlar və böyüklər iştirak edə bilərlər. Master-klas 17 sentyabr saat 11:00-da baş tutacaq. Burada hazırlanan şokoladlar sonda özünüzə təqdim olunur.
Biletləri öncədən və onlayn əldə etmək mümkündür.