Sumqayıtda bilik yarışının ikinci turu keçiriləcək. Sumqayıt24 bu haqda 8 mart tarixində 3sual.az-a istinadən xəbər verir.
Məktəblilər 4-6 nəfərdən ibarət öz komandasını toplaya və İntellekt Liqasının II mövsümünə qatıla bilərlər. Qaliblər mükafatlandırılacaqlar.
Tarix: 12 mart;
Vaxt: 11:00;
Ünvan: Heydər Əliyev Mərkəzi;
Qeydiyyat linki: https://forms.gle/zCPTcC4wq5Ep1zYd9.
Xatırladaq ki, birinci turda 90-a yaxın şagird iştirak etmişdi.