Sumqayıtda fəaliyyət göstərən Nizami Kinoteatrında "Mübariz" filminin imza günü keçiriləcək. Bu haqda 5 aprel tarixində Sumqayıt24 “CinemaPlus”a istinadən xəbər verir.
Film Milli Qəhrəman Mübariz İbrahimovun həyatından bəhs edir. İmza günü 8 aprel saat 17:00-da baş tutacaq. Tədbirdə filmin aktyorları və çəkiliş heyəti izləyicilərlə görüşəcək.
Biletləri www.cinemaplus.az saytından, CinemaPlus tətbiqimizdən və ya kinoteatrın kassalarından əldə etmək mümkündür.