G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda xeyriyyə məqsədilə səhər yeməyi veriləcək. Sumqayıt24 bu haqda 13 iyun tarixində xəbər verir.
Tədbir “Simurq” Təhsil Fondu və “Amal” Xeyriyyə təşkilatı tərəfindən təşkil olunacaq. Səhər yeməyində əldə olunan ianələrlə şəhid və qazi övladlarının (bacı, qardaşlarının) aşağıdakı təhsil xərcləri qarşılanacaq:
- Məktəb ləvazimatları və repetitor xərcləri;
- Məktəblilər üçün peşə seçimi dəstəyi və karyera məsləhətçiliyi;
- Şəxsi inkişaf yönümlü təlim, seminar, düşərgələrin təşkili.
Tədbirdə iştirak etmək üçün 15 manat odənilməlidir. Bu məbləğə ianə və səhər yeməyi daxildir. Qeydiyyat üçün “Simurq”un İnstagram səhifəsinə müraciət edə bilərsiniz:
simurqtehsilfondu.
Tarix: 18 iyun.
Vaxt: 10:00.
Ünvan: “Lotus” restoranı (Mərkəz Plaza).