Sumqayıtda “Ekoloji və sağlam nəqliyyat – Velosipedin təbliği” adlı veloyürüş keçiriləcək. Bu haqda 14 sentyabr tarixində Sumqayıt24 Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinə istinadən xəbər verir.
Yürüş Heydər Əliyev Mərkəzindən start götürəcək və bulvar ərazisində yekunlaşdırılacaq.
Elm və Təhsil Nazirliyi, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi və Sağlam Düşüncə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən idman tədbiri 22 sentyabr saat 18:00-da start götürəcək.
Veloyürüşə qoşulmaq istəyən şəhər sakinləri link vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Qeydiyyat üçün son tarix: 19 sentyabr.
Əlaqə nömrəsi: (055) 823 72 90.
Elektron ünvan: [email protected].