Sumqayıtda “Səfəvi” gənclərin vətənpərvərlik düşərgəsi təşkil olunacaq. Bu haqda 19 avqust tarixində Sumqayıt24 xəbər verir.
Düşərgə 26 avqust - 1 sentyabr tarixlərində Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. Burada Sumqayıt şəhəri, Abşeron, Xızı, Qəbələ, İsmayıllı, Zaqatala, Zərdab, Lerik, Oğuz və Yardımlı rayonlarından gənclərin iştirakı gözlənilir.
Layihə Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilir.