Sumqayıtda 1 iyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü münasibətilə ödənişsiz həkim qəbulu təşkil olunacaq. Bu haqda 30 may tarixində Sumqayıt24 “Unikal Klinika”ya istinadən xəbər verir.
Pulsuz pediatr qəbulu “Unikal Klinika”da həyata keçiriləcək. İyunun 1-i həkim-pediatr Səbinə Abasquluzadə və iyunun 2-si həkim-pediatr Esmira Əliyeva balaca pasiyentləri qəbul edəcəklər.
Ünvan: Bakı küçəsi 37, 44-cü məhəllə (Sumqayıt Dövlət Universiteti ilə üzbəüz).
Əlaqə nömrələri: (050) 285 21 85, (018) 642 46 55.