G
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Sumqayıtda “Uşaqlar oxusun!” adlı kitab ianə kampaniyası başlayıb. Sumqayıt24-ə bu haqda məlumat 12 may tarixində verilib.
Bədii kitabları ianə edərək ucqar dağ kəndlərində yaşayan uşaqlar üçün mütaliəni əlçatan edə, onlarda kitaba marağı artıra bilərsiniz. Yığılmış kitablar 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Ocaq” İctimai Birliyi tərəfindən kəndlərə paylanılacaq.
Toplama məntəqələri:
- Bookland Cafe & Shop (Sumqayıt şəhəri, Sərvər Bədəlbəyli küçəsi, 50/56, Köhnə Doktor Az klinikası ilə üzbəüz);
- Bakı İstanbul Liseyi (Asif Məhərrəmov küçəsi, 4, 8 Noyabr m/stansiyası yaxınlığı);
- Growth Guide Tədris Mərkəzi (Zirvərbəy Əhmədbəyov 2k, Nizami m/stansiyası yaxınlığı).
Yığımın son günü 28 maydır. Əlavə məlumatı (050) 450-84-05 və (077) 642-80-79 nömrələri vasitəsilə əldə etmək olar.