Sumqayıtda şair Mikayıl Müşfiqin anadan olmasının 115 illiyinə həsr olunan ədəbi-bədii gecə keçiriləcək. Bu haqda 6 iyun tarixində Sumqayıt24 Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.
N.Nərimanov adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbir 6 iyun saat 14:30-da başlayacaq. Gecədə şairin şeirləri və şeirlərinə bəstələnən mahnılar ifa olunacaq.
Tədbirə hər kəs dəvətlidir.