Natiqlik və ünsiyyət bacarıqları üzrə təlimçi Zaur Cahangirovun "Qırmızı ayaqqabı" kitabının təqdimatı olacaq. Sumqayıt24 bu haqda 28 mart tarixində Sumqayıt Gənclər Klubuna istinadən xəbər verir.
Tədbir aprelin 1-də “Ocaq” İctimai Birliyi, Sumqayıt Gənclər Klubu, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Sumqayıt nümayəndəliyi tərəfindən təşkil ediləcək. İştirak üçün qeydiyyatdan keçmək lazımdır: https://forms.gle/Ck2RBJ9u6z8g6QBP8.
Vaxt: 13:00;
Ünvan: Heydər Əliyev Mərkəzi (4-cü mərtəbə).
Qeyd edək ki, Zaur Cahangirov, eyni zamanda “ÜTÜ QRUP” MMC-nin təsisçisidir.