Sumqayıtda “Tullantıları ekoçantaya dəyiş” aksiyası keçiriləcək. Sumqayıt24 bu haqda 22 aprel tarixində xəbər verir.
Aksiyanı Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) və “Araz” marketlər şəbəkəsi təşkil edir. Vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək ekoçanta əldə edəcəklər.
Tarix: 24 aprel;
Vaxt: 12:00;
Ünvan: “Araz” supermarketi (9-cu mikrorayon, Üzeyir Hacıbəyli küçəsi).
Qeyd edək ki, təşəbbüsün əsas məqsədi tullantıların təkrar emalına dəstəkdir.