Sumqayıtda kino gecəsi keçiriləcək. Sumqayıt24 bu haqda 5 oktyabr tarixində xəbər verir.
“Yuxu” antikafesində yeni rubrika start götürür. Həftədə bir dəfə keçiriləcək kino gecələrinə hər kəs dəvətlidir. İlk belə tədbir bu həftəsonu – 8 oktyabr saat 22:00-da baş tutacaq. Antikafe müştəriləri “The Nun 2” filmini izləyə biləcəklər.
Giriş 3 manatdır (çay, şirniyyat, qəhvə və oyunlar daxildir). “Yuxu” Novxanı yolunda, “Xəzər” restoranı ilə üzbəüz yerləşir.