Sumqayıdan olan 2 qadın paracüdoçu Qran-pri yarışına buraxılmayıb. Bu haqda 1 aprel tarixində Sumqayıt24 Qafqazinfo.az-a istinadən məlumat verir.
Türkiyənin Antalya şəhərində keçiriləcək yarışda idmançılarımız Şahanə Hacıyeva və Xanım Hüseynova iştirak edə bilməyəcəklər. Onlar tibbi təsnifatdan keçə bilməyiblər. Cüdoçular may ayında Gürcüstanın paytaxtı Tbilisidə keçiriləcək son lisenziya xalı verən Qran-pri yarışından öncə təkrar tibbi baxışdan keçəcəklər.