Sumqayıtlı paraatlet dünya çempionatında qızıl medal qazanıb. Bu haqda 20 may tarixində Sumqayıt24 Milli Paralimpiya Komitəsinə istinadən məlumat verir.
Beynəlxalq turnir Yaponiyanın Kobe şəhərində keçirilib. T12 kateqoriyasında uzunluğa tullanma üzrə yarışda 7,30 metr nəticə ilə Səid Nəcəfzadə dünya çempionu olub.
Qeyd edək ki, bu, 25 yaşlı Avropa çempionumuzun ilk dünya çempionluğudur. Səid Nəcəfzadə ötən il Parisdə təşkil edilən dünya çempionatında bürünc medal qazanmışdı.