Sumqayıtlı qrossmeyster şahmat üzrə Qran-Pri-də Azərbaycanı təmsil edəcək. Bu haqda bu gün, 3 dekabr tarixində AZƏRTAC məlumat yayıb.
Dünyanın 24 güclü şahmatçılarının iştirak edəcəyi turnir 3 fevral 2022-ci ildə start götürəcək. Yarışın I və III mərhələləri Berlində, II mərhələsi isə Belqradda keçiriləcək.
Qeyd edək ki, I mərhələ fevralın 3-dən 17-dək, II mərhələ 28-dən martın 14-dək, III mərhələ isə martın 21-dən aprelin 4-dək təşkil ediləcək.