Vaqif Cavadov AVRO–2024-də azarkeşlik edəcəyi millini açıqlayıb. Sumqayıt24 bu haqda 15 iyun tarixində Oxu.az-a istinadən xəbər verir.
“Sumqayıt”ın əvəzedicilərini çalışdıran mütəxəssis iki komandanı favorit görür:
“Bunlar İtaliya və İngiltərə seçmə komandalarıdır. İngiltərənin çempion olacağını düşünürəm. Əminliklə deyə bilərəm ki, azərbaycanlı futbolsevərlər bu Avropa çempionatına ən çox Gürcüstan və Türkiyə millilərinin oyunları üçün baxacaqlar. Bir tərəfdə qardaş ölkə Türkiyə, digər tərəfdə qonşumuz Gürcüstan seçməsi mübarizə aparacaq. Hər ikisi eyni qrupda mübarizə aparır. Düşünürəm ki, uğurlu nəticəyə imza atacaqlar".