Basketbol üzrə Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start verilir.
Sumqayit24.az xəbər verir ki, bu mərhələdə "Sumqayıt" klubu "Neftçi" ilə qarşılaşacaq. Matç yanvarın 28-də saat 19:00-da Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd edək ki, bu gün iki qarşılaşma ("Lənkəran" - “NTD”, "Abşeron" - "Quba") baş tutacaq.