top
Həmin tarixi sözün mənasını başa düşmürlər” – “Sumqayıt”ın ABŞ-li basketbolçusu ilə ÖZƏL MÜSAHİBƏ + VİDEO
28 yanvar 2025, 01:46
- ↺ +

"Həmin tarixi sözün mənasını başa düşmürlər” – “Sumqayıt”ın ABŞ-li basketbolçusu ilə ÖZƏL MÜSAHİBƏ + VİDEO

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

“Bakıda sıxlıq çox olduğu üçün Sumqayıtda özümü daha rahat hiss edirəm. Sumqayıtda yerləşən “White Niggas” mağazası ilə bağlı paylaşımıma gəlincə, insanlar başa düşməlidirlər ki, bu sözün yanlış şəxs tərəfindən istifadə edilməsi təhqir olaraq qəbul edilə bilər”.

Bunu Sumqayit24.az-a müsahibəsində Sumqayıt Basketbol Klubunun idmançısı Kolin Qolson (Sjiro) deyib.

Əməkdaşımızın Kolin Qolson (Sjiro) ilə müsahibəsini təqdim edirik:

- Basketbol karyeranıza harada və necə başladınız?

- Basketbol karyerama Detroit, MI-də başladım. Doğma şəhərimdə rəqabətcil bir ailədə böyüdüm və basketbolu sadəcə bacı-qardaşlarımdan yaxşı olmaq üçün oynamağa başladım. Bu, tezliklə mənim basketbola olan sevgimə çevrildi və karyeramın başlanğıcı oldu.

- Karyeranız boyu hansı komandaların üzvü olmusunuz?

- Karyeram ərzində 3 fərqli universitet komandasında oynadım: Nyu-Yorkdakı Siena College, doğma şəhərimə yaxın olan Eastern Michigan və Wayne State Universitetində təhsilimi başa vurduqdan sonra NTD BAKU komandası ilə müqavilə imzaladım və sonra Sumqayıt BK-ya keçdim.

- Azərbaycana necə gəldiniz?

- Kolleci bitirdikdən sonra peşəkar basketbolçu olmaq üçün xaricə getmək qərarına gəldim. Bir çox ölkə arasında seçim edə bilərdim, amma Azərbaycandakı bazar qiymətlərini görüb bəyəndim və buna görə buraya gəlməyə qərar verdim.

- Sizi Azərbaycana kim dəvət etdi?

- Mənim Azərbaycana gəlməyimi NTD BAKU komandası təşkil etdi.

- Azərbaycana gəlməmişdən öncə ölkəmiz haqqında hansı məlumatlara malik idiniz?

- Azərbaycana gəlməzdən əvvəl çox məlumatım yox idi. Mən başqalarının fikirlərinə aldanan biri deyiləm, ona görə də öz araşdırmamı apardım və burada təhlükəsizlik və rahatlıq tapdım. Bu ölkədə olmaqdan məmnunam.

- Sumqayıtın sizə münasibəti necədir? Sumqayıtlıları bəyənirsiniz?

- Sumqayıt mənimlə çox yaxşı davranır. Həyat yoldaşım və oğlum buraya yeni köçüblər və əlimdən gələni edəcəm ki, şəhərdə uzun müddət qalım. Bakıda müəyyən vaxt keçirdim və müqayisə edəndə Sumqayıtı daha sakit və rahat hiss edirəm. Bakı həmişə çox sıx olur, amma Sumqayıtda ailəmlə dəniz mənzərəsindən zövq alıb dincəlmək mümkündür.

- Sumqayıtda yerləşən “White Niggas” mağazası ilə bağlı videonuz məşhurlaşdı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.

- Bəli, bu videonu paylaşanda bir az fərqli reaksiyaların olacağını bilirdim. Bir çox amerikalı bundan inciyib, amma məncə onlar tam mənzərəni görmədilər. Mən bu sözü istifadə edənlərin bunu bilmədiklərini başa düşürəm. Mənim üçün bu söz çox böyük bir tarixi əhəmiyyət kəsb edir. Lakin fərqli mədəniyyətlərdən olan insanların bu tarixi tam olaraq anlamasını gözləmək də ağılsızlıq olardı. İnsanlar bunu "cool" hesab edə bilərlər, çünki mənim kimi insanlar bu sözü tez-tez istifadə edir, amma başa düşməlidirlər ki, bu sözün yanlış şəxs tərəfindən istifadə edilməsi təhqir olaraq qəbul edilə bilər.

- Azərbaycan mətbəxindən ən çox hansı yeməyi bəyəndiniz?

- Azərbaycanda çoxlu yeməklərin dadına baxmışam, amma onların hamısının Azərbaycan mətbəxinə aid olmadığını öyrəndim. Mən kabab və dönəri çox bəyənirəm, amma dönərin daha çox türk mətbəxinə aid olduğunu düşünürəm.

- Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq 3x3 basketbol üzrə qadınlardan ibarət komandamız Olimpiya Oyunlarında çıxış edib. Onların çıxışını izlədinizmi?

- Həqiqətən qadın basketbolunu izləmək istərdim, xüsusən də ABŞ xaricində. Bir neçə ay əvvəl Azərbaycan ilə Avstriya arasında bir oyuna rast gəldim və çox maraqlı idi.

- Azərbaycan basketbolunun bugünkü səviyyəsi haqqında fikirləriniz necədir?

- Mənim fikrimcə, Azərbaycanda çox istedadlı basketbolçular var. Həmçinin təcrübəli oyunçular da çoxdur. Mən həmkarlarımla bu təcrübəni yaşadım. Məsələn, NTD-də oynadığım Məhəmməd Hüseynli çox bacarıqlı bir gəncdir və sadəcə təcrübəyə və məşqə ehtiyacı var.

- Oyundan əvvəl rituallarınız varmı?

- Oyundan əvvəl adətən ailəmlə danışaram. Oyundan əvvəl hər zaman bir az təzyiq hiss edirəm, amma oğlum və həyat yoldaşımla görüşmək məni sakitləşdirir.

- Basketbolda və ya digər idman növlərində kumirləriniz varmı? Keçmiş və ya indiki oyunçu ilə oynaya bilsəydiniz, kim olardı?

- Bir neçə oyunçunu izləməyi çox sevirəm: LeBron James, Kobe Bryant, Kawhi Leonard. Bu oyunçulardan bəzi aspektləri öz oyunuma uyğunlaşdırmağa çalışıram.

- Peşəkar basketbolçu kimi qarşınıza hansı məqsədləri qoyursunuz?

- Peşəkar basketbolçu olaraq şəxsi məqsədim, meydanda daha sərt və qərarlı oynamağa başlamaqdır. Mənim təbii olaraq başqalarını nəzərə alaraq oynamağım var, amma bu həm mənə, həm də komandama zərər verir. Bu düşüncədən qurtulmağa çalışıram.

- Basketbol idmanının gələcəyi haqqında fikirləriniz necədir və növbəti illərdə oyunda hansı dəyişiklikləri görmək istərdiniz?

- Basketbolun sadəcə sevgi ilə oynanmasını görmək istəyirəm. Bu gün çoxu yalnız pul üçün oynayır və bu, oyunun ruhunu öldürür. Mən NBA-nın Avropadakı basketbol atmosferini və sevgisini özündə daşımasını çox istəyərdim. Bu, möhtəşəm olardı.

Səbinə Yusifzadə

 


 











View this post on Instagram























 

A post shared by Sumqayıt 24 (@sumqayit24.az)


Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Bakı-Sumqayıt yolunda "Bolt" sürücüsü qadına zorakılıq edib?

Bütün xəbərlər
Bu gün, 17:20

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi - YENİ ŞƏRTLƏR

Bütün xəbərlər
Bu gün, 16:54

Babək küçəsində iki maşın toqquşub

Bütün xəbərlər
Bu gün, 16:40

"Gold Qayalı"nın əməkdaşları 105 min manatlıq siqaret oğurladılar

Bütün xəbərlər
Bu gün, 16:06

İstilik mövsümü bu tarixdə başlayacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Pis qoxu, həşəratlar, çirkab sulara qərq olmuş zirzəmi

Bütün xəbərlər
Bu gün, 15:10

Bakı-Sumqayıt yolunun bir hissəsi bağlanıb

Bütün xəbərlər
Bu gün, 15:00

Azərbaycana qripə qarşı vaksinlər gətirilib, peyvəndləməyə başlanılır - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 14:30

16 yaşdan aşağı şəxslər müvafiq platformalarda "profil" aça bilməyəcəklər

Bütün xəbərlər
Bu gün, 14:00

Sumqayıta sabah yağış yağacaq?

Bütün xəbərlər
Bu gün, 13:25

Azərbaycanda yağın qiyməti kəskin artıb

Bütün xəbərlər
Bu gün, 12:55

"Sumqayıtda elə şərait yaratmalıyıq ki, gənc musiqiçilər öz bacarıqlarını inkişaf etdirə bilsinlər" - Natəvan Həsənova

Bütün xəbərlər
Bu gün, 12:25

Məktəblərdə "Tiktok"a giriş məhdudlaşdırılıb

Bütün xəbərlər
Bu gün, 11:50

Sumqayıtda yeni zavod açılıb

Bütün xəbərlər
Bu gün, 10:47

Sumqayıtlı Vətən Müharibəsi Qəhrəmanına yüksək rütbə verildi

Bütün xəbərlər
Bu gün, 10:26

"Qorxmaz" ləqəbli qazinin nəşi Sumqayıt Şəhidlər xiyabanına köçürülür

Bütün xəbərlər
Bu gün, 09:45

Sumqayıtda avtobusların bitmək bilməyən "xəstəliyi"

Bütün xəbərlər
Bu gün, 09:13

Sumqayıtda qadın işçi işləyərkən xəsarət aldı

Bütün xəbərlər
Bu gün, 00:01

44 günlük Vətən müharibəsinin 25-ci günü - XRONİKA

Bütün xəbərlər
Dünən, 20:30

Sumqayıtın bəzi ərazilərinin vaxtilə tamam başqa adlarla tanındığını bilirdinizmi?

Bütün xəbərlər
Dünən, 17:45

Sumqayıt Dövlət Texniki Kollecinin müəlliminin araşdırması beynəlxalq jurnalda

Bütün xəbərlər
Dünən, 17:26

Milli Kibertəhlükəsizlik Agentliyi kütləvi kiberdələduzluq cəhdlərinə qarşı diqqətli olmağa çağırır

Bütün xəbərlər
Dünən, 17:03

Sıxlıq yaşanan Bakı-Sumqayıt qatarında VIP yerlərlə bağlı narazılıq

Bütün xəbərlər
Dünən, 16:27

Tıxaclar artıq Sumqayıta yaxınlaşır…

Oxşar xəbərlər