“Sumqayıt” futbol klubunun mövsümün qalan hissəsində hər oyun üçün mümkün xal hesabı açıqlanıb.
Sumqayit24.az xəbər verir ki, sözügedən məlumatı Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) yayıb. Komandaların hazırkı çıxışına əsasən tərtib olunan siyahıda “Sumqayıt” (1,03) altıncıdır.
Qeyd edək ki, ilk pillədə "Qarabağ" qərarlaşıb. Ağdam təmsilçisində bu göstərici 2,57 xala bərabərdir. İkinci sırada isə liderin ən yaxın izləyicisi "Araz-Naxçıvan" yer alıb - 1,90.