“Fehervar” – “Sumqayıt” oyunundan öncə keçiriləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqin vaxtı müəyyənləşib. Bu haqda 30 iyul tarixində Sumqayıt24 xəbər verir.
Əvvəlcə Bakı vaxtı ilə saat 17:00-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaqlar. Saat 18:00-da “Fehervar”ın oyunöncəsi son məşqi təşkil olunacaq.
Daha sonra isə “Sumqayıt” FK-nın baş məşqçisi Samir Abasov və futbolçumuz Rövlan Muradovun mətbuat konfransı saat 20:30-da baş tutacaq. 21:00-da isə komandamızın oyunöncəsi son məşqi keçiriləcək.