Sumqayıtlı cüdoçu Tbilisidə keçiriləcək “Böyük Dəbilqə” turnirində mübarizəyə başlayır. Bu haqda 24 mart tarixində Sumqayıt24 Cüdo Federasiyasına istinadən xəbər verir.
Qadınların yarışında 52 kq çəki dərəcəsində çıxış edən cüdoçumuz Gültac Məmmədəliyeva Braziliya təmsilçisi Yasmim Lima ilə üz-üzə gələcək.
Xatırladaq ki, millimiz turnirdə 9 çəki dərəsində 9 kişi və 4 qadın cüdoçu ilə təmsil olunacaq.