Sumqayıtlı cüdoçu Rövşən Əliyev Portuqaliya Qran-prisində mübarizəsini dayandırıb. Bu haqda yarışın rəsmi saytına istinadən xəbər veririk.
22 yaşlı idmançımız Qran-prinin startında braziliyalı Allan Kuvabara ilə dueldən qalib ayrılsa da, 1/8 finalda monqolustanlı Sumiyabazar Enhtayvana uduzub və bununla da yarışla vidalaşıb.
Qeyd edək ki, Qran-pri Portuqaliyanın Almada şəhərində təşkil olunub.