“Dinamo Minsk” futbol klubunun avrokubok oyunlarını Sumqayıtda keçirəcəyi təsdiqlənib.
Sumqayıt24 xəbər verir ki, Belarus təmsilçisi UEFA Konfrans Liqasında mübarizə aparacaq. Komanda oktyabrın 3-də saat 20:45-də Şotlandiyanın "Harts", noyabrın 28-də saat 21:45-də Danimarkanın "Kopenhagen" və dekabrın 12-də Şimali İrlandiyanın "Larn" kollektivlərini Mehdi Hüseynzadə adına stadionda qəbul edəcək.
Qeyd edək ki, “Dinamo”nun oyunları azarkeşlər üçün bağlıdır.