Sumqayıtlı idmançı MMA (qarışıq döyüş növləri) üzrə Açıq Azərbaycan turnirinin qalibi olub. Sumqayıt24 bu haqda 10 mart tarixində Sumqayit.tv-yə istinadən xəbər verir.
Yarış "Əsəd Döyüş Növləri Mərkəzi" tərəfindən keçirilib. Şəhərimizi təmsil edən 17 yaşlı Nihad Məmmədov (58 kq) finaldakı rəqibini üstələyərək 1-ci yeri tutub. Ona medal və diplom verilib.
Qeyd edək ki, Nihadın məşqçisi İbrahim Nəsibovdur.