Süleyman Şükürov dünya çempionatında bürünc medal qazanıb.
Sumqayit24.az xəbər verir ki, gənclər arasında yarış Tacikistanın paytaxtı Düşənbədə keçirilib. Azərbaycan millisinin sumqayıtlı üzvü Süleyman (81 kq) Mixaylo Simin (Serbiya), Senq-Min Kim (Koreya) və Coşua De Lanqı (Niderland) məğlub edərək yarımfinala yüksəlib.
Burada Jianq Nan Vanqa (Çin) uduzan cüdoçumuz bürünc medal uğrunda görüşdə Muhammad Yusufzodanı (Tacikistan) üstələyib.
Qeyd edək ki, bu, Azərbaycan millisinin dünya çempionatında qazandığı ilk medaldır.